ELON MASK TARİXƏ BU REKORDLA DÜŞDÜ

ELON MASK TARİXƏ BU REKORDLA DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elon Musk 2022-ci ildə verdiyi böyük itkilərlə adını tarixdə ən böyük şəxsi sərvət itkisi rekorduna yazdırıb.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Ginnesin Rekordlar Kitabının saytındakı bir yazıda Maskın 2021-ci ilin noyabrından 2022-ci ilin dekabrına qədər təxminən 165 milyard dollar itirdiyi bildirilib. Bu məlumatlar Forbes jurnalından əldə edilib. Bununla belə, iddia edilir ki, Maskın sərvət itkisi bundan da çoxdur.

Maskın sərvətində əhəmiyyətli paya malik olan Tesla səhmləri Twitter-in satın alınmasından sonra ucuzlaşıb. Sosial media nəhənginin 44 milyard dollara alınması bəzi investorlar arasında Maskın artıq Teslaya kifayət qədər vaxt ayıra bilməməsi ilə izah edilib.

Qeyd edək ki, tarixdəki ən böyük şəxsi sərvət itkisi İlon Maskdan əvvəl yapon texnoloji investor Masayoshi Sona məxsus idi.

Tribuna.az