Ermənistanla sülh danışıqlarında səkkiz kəndin boşaldılması əsas şərt olacaq.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Fransa prezidenti E. Makaron dövlət başçısı İlham Əliyevə zəng edərək Laçın dəhlizinin açılmasını və sülh danışıqlarında vasitəçiliyi etmək üçün hazır olduğunu vurğuladı:
“Fransanın vasitəçiliyində konusturiktiv mövqe tutması gözlənilmir. Çünki E. Makron N. Paşinyan kimi dəyişkən siyasətçidir. BMT səviyyəsində məhz Azərbaycan əleyhinə bəyanatın verilməsində rəsmi Parisin rolun xüsusi əhəmiyyət kəsb edib.
Prezident İlham Əliyev E. Makaronun nəzərinə Ermənistanın Azərbaycanın 8 kəndini işğalda saxladığını çatdırdı. Bu, sıradan bir mesaj deyil. Bununla Azərbaycan Ermənistana sülh danışıqları üçün bu kəndlərin boşaldılmasını şərt kimi irəli sürdü.
Azərbaycan məhz müharibədən sonra bu məsələnin üstündən sükutla keçirdi. Amma Ermənistanın Azərbaycanın üçüncü sülh təkliflərinə cavab göndərməsi və yeni şərtlər irəli sürməsi prosesin kluminasiyası deməkdir”.
Ekspert bildirib ki, Ermənistan hakimiyyəti sülh müqaviləsinin bağlanmasında maraqlı deyil:
” Ona görə də Azərbaycan rəsmən səkkiz kəndin boşaldılmasını danışıqlar predmetinə salmalı və yalnız bu halda danışıqlara qatılacağını rəsmən elan etməlidir. Əks təqdirdə isə 8 kəndin azad olunması üçün hərbi əməliyyatlar keçirə bilər.
Artıq Ermənistanın əsas siyasi dəstəkçisi olan Fransanın diqqətinə səkkiz kəndin işğalda qalmasını çatdırması, E. Makarona sillə kimi cavabdır”.
Nigar
Tribuna.az










