ƏLİYEV SÜLHMƏRAMLILARIN QARABAĞDA 20 İL QALMASINI RƏDD ETDİ, PUTİN VƏ PAŞİNYANIN SSENARİSİ NƏDİR? – AÇIQLAMA

ƏLİYEV SÜLHMƏRAMLILARIN QARABAĞDA 20 İL QALMASINI RƏDD ETDİ, PUTİN VƏ PAŞİNYANIN SSENARİSİ NƏDİR? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycana rus sülhməramlılar lazım deyil. Hadisələr indiki kimi davam etsə, istisna olunmur ki, Azərbaycan 2024-cü ilin aprelində onlardan imtina edəcək”.

Bu sözləri Tribuna.Az-a hərbi ekspert Azad İsazadə Ermənistanın baş naziri Nikol Paşinyanın Soçi görüşündə rus sülhməramlılarla bağlı təklifinin rədd edilməsini şərh edərkən deyib. Ekspert bildirib ki, hansısa ekstremal vəziyyət yaranmalıdır ki, biz sazişdən öncə imtina edək: “2024-cü ilə qədər nə baş verəcək, hələlik məlum deyil. Hansısa ekstremal vəziyyət yaranmalıdır ki, biz sazişdən vaxtından əvvəl imtina edək. Hələlik belə bir ekstremal hal baş verməyib. Düzdür, xoşagəlməz hallar olur, ancaq o qədər də ciddi deyil. Hələlik faktlara əsaslansaq, sülhməramlılar hələ qalacaq. Hətta Nikol Paşinyanın dediklərindən asılı olmayaraq da sülhməramlılar orada olacaqlar”.
A.İsazadənin fikrincə, biz bu iki il ərzində gördük ki, sülhməramlılar üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər: “Orada silah daşınması da həyata keçirilir, qara silah alveri də gedir. Halbuki bəyannamənin bəndlərindən biri tərksilah etməkdən ibarət idi. Ancaq bu, ümumiyyətlə baş vermədi. Ona görə də Azərbaycana bu sülhməramlılar lazım deyil”.

A.İsazadə əlavə edib ki, hazırda Ermənistan ordusu elə vəziyyətdədir ki, bu, Azərbaycan üçün təhlükə yaratmır: “Ancaq təbii ki, bu gün təhlükə yaratmır. Sabah, il yarımdan sonra necə olacaq, deyə bilmərik. Bu səbəbdən o sülhməramlılar bizə lazım deyil. Ermənistana isə lazımdır”.

Nigar