Ətirli elektron siqaretlər məlum siqaretlər kimi zərərlidir.
Tribuna.az xəbər verir ki, bunu Dos. Dr. Ömer Faiq Sağun bildirib.
Onun sözlərinə görə, etirli elektron siqaretlərdəki aromanın dadını alanda zərərli kimyəvi maddələridə orqanizmə alınır.
O, elektron siqaretlərin zamanla bədəndə baş ağrılarına səbəb olduğunu və tez bir zamanda xərçəngə yol açdığını vurğulayıb.
Vertigo xəstəliyinə toxunan F.Sağun elektron siqaretin gənclərə təsirinin gündən-günə artdığını bildirib: “Çox sıx bir miqdarda buxarı tənəffüs etdikləri üçün nikotini daha konsentrasiyalı miqdarda alırlar və qana daha sürətli qarışırlar”.
Qeyd olunur ki, elektron siqaret hal-hazırda xüsusilə gənclər arasında istifadə edilən bir siqaret növüdür. Normal siqaretdən başqa maye olaraq istehlak edilən nikotinin qabda saxlanılaraq insanların içlərinə alınması hadisəsidir.









