ELDAR ƏZİZOVA BAXAN İKİ İDARƏDƏ MİLYONLAR SİLİNİR-ARAŞDIRMA

ELDAR ƏZİZOVA BAXAN İKİ İDARƏDƏ MİLYONLAR SİLİNİR-ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər Bakı şəhər İcra Hakimiyyətinin tərkibindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyinə aid Su Quyuları İdarəsi “qaz vurub, qazan doldurur”. Belə ki, dövlət tərəfindən sözügedən idarəyə azı 1, 5-2 milyon vəsait ayrılıb. Bu haqda TİA.Az-a verilən məlumata görə, həmin maliyyə su quyularının təmir edilməsi və yeni quyuların qazılması üçün nəzərdə tutulub. Lakin vəsait Birliyin direktoru Həsrət Əmrahova yaxın şirkətlər vasitəsi ilə nağdlaşdırılaraq mənimsənilir. Bu əməliyyatda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Samirə Hüseynovanın “xüsusi xidmətləri” var. Onun maliyyə və kadr işlərinə nəzarət etdiyi, maxinasiyaların icrasında əsas rol oynadığı deyilir.

Gələn məlumatda, o da qeyd olunur ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyində 70 yaşlı Mirdaməd Seyidov baş direktorun müavini vəzifəsində çalışır. O, uzun müddət hərbi komissar işləyib. İddialara görə, indi də bu postda qohumlarına vəzifələr paylayıb, lakin Təsərrüfat Birliyində “ölü canlar” kimi saxlanılır. Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna əvvəllər edilmiş dəyişikliklərə görə, dövlət qulluqçuları üçün ən son yaş senzi 65 yaş müəyyən edilib. Belə olduğu halda Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində müxtəlif vəzifələrdə çalışmış, Xanəhməd Əsgərov kimi təcrübəli alim-aqronom əsassız olaraq işdən kənarlaşdırıb lakin Mirdamət Seyidov hansısa meyarlara görə vəzifədə saxlanir.

Redaksiyamıza daxil olan məlumatda o da deyilir ki, həmin məsləhətçi Samirə Hüseynova idarənin maliyyə və kadr məsələlərini həll edən fiqurdur.
Bu informasiyaları dəqiqləşdirmək və birtərəfli qaydada işıqlandırmamaq üçün Tia.Az olaraq obyektivlik prinsipini əsas tutaraq, qarşı tərəfə sorğu göndərdik, ancaq cavab ala bilmədik. Maraqlıdır, bu il Suyu Quyuları İdarəsinə nə qədər vəsait ayrılıb? Ayrılan maliyyə hesabına hansı quyular təmir edilib? Məlumata görə ayrılan maliyyə Birliyin direktoru Həsrət Əmrahova yaxın şəxslərə məxsus MMC-lərə köçürülərək nağdaşdırılır. Bu məlumatlar nə qədər düzdür? Bundan başqa, 65 yaş senzi olduğu halda, Yaşıllaşdırma Təsərrüfatı Birliyində 70 yaşlı şəxs niyə direktor müavini saxlanır? Hansı xüsusi imtiyazlarına görə ixtisaslı kadrlar olduğu halda o vəzifə Mirdamət Seyidova həvalə olunub?
Onun qohumlarını işlə təmin edib maaş kartlarını mənimsəməsi ittihamı nə dərəcədə realdır? Bax, bu suallara susurlar. Hazırda Bakı şəhəri üzrə 40-dan artıq yaşıllaşdırma sahə rəisləri var. İddialara görə bunların müəyyən hissəsi Mirdaməd Seyidova “aylıq” verirlər. Bu nə dərəcədə həqiqətdir?
Bundan əlavə olaraq Birlik direktoru tərəfindən hər bir sahə rəisinə hər ay 15- 30 min manatlıq vəsaitlərə imza atdırılır ki, guya həmin vəsait sözü gedən yaşıllıq sahələrinə xərclənilib, əvəzində isə heç bir iş görülmür. İddialara görə bu əməliyyatlar nəticəsində Həsrət Əmrahov ay ərzində milyona yaxın vəsait əldə edir. Bu iddialarla bağlı nə deyə bilərsiniz? Ancaq bu xəbərlərə müəmmalı sükut var və münasibət bildirilmir. Növbəti saylarımızda saytımıza daxil olmuş qanunsuz ağac kəsimləri və Birlik tərəfindən aparılan ekoloji soyqırım barədə məlumatı işıqlandıracayiq.

TİA.Az