EKSPERTİZA BÜROSU SAAKAŞVİLİNİN DİAQNOZLARININ DÜZGÜNLÜYÜNÜ TƏSDİQLƏMƏYİB

EKSPERTİZA BÜROSU SAAKAŞVİLİNİN DİAQNOZLARININ DÜZGÜNLÜYÜNÜ TƏSDİQLƏMƏYİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Levan Samxarauli adına Milli Ekspertiza Bürosu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Empatiya” tibb mərkəzinin qoyduğu diaqnozu təsdiqləməyib.

Tribuna.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

“Əminliklə deyə bilərik ki, Milli Ekspertiza Bürosunun rəyinə əsasən, əvvəllər qoyulmuş psixiatrik, nevroloji və qastroenteroloji diaqnozlar etibarlı və təkzibedilməzdir”.

Ədliyyə Nazirliyi bu qənaəti Saakaşvilinin azadlığa buraxılması ilə bağlı qərar çıxaran məhkəməyə təqdim edəcəklərini vurğulayıb.

2022-ci il dekabrın əvvəlində həkimlər Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyətini ağır kimi qiymətləndirmişdilər. Ekspert qrupunun konsultasiyasına əsasən, Saakaşvili həyatı üçün təhlükəli olan dördüncü mərhələdə yorğunluqdan əziyyət çəkir.

Qeyd edək ki, “Empatiya” qeyri-hökumət təşkilatı bundan əvvəl altı il həbs cəzası çəkən Saakaşvilinin həbslə bir araya sığmayan on diaqnozu olduğu tibbi hesabat dərc etmişdi. Onun bədənində sağlamlıq üçün təhlükəli olan barium, vismut, civənin artdığını aşkar etmişdilər.