EKSPERT QURU SƏRHƏDLƏRİNİN BAĞLI QALMASINA BELƏ ÜSYAN ETDİ… “HEÇ BİR SƏBƏB YOXDUR…”

EKSPERT QURU SƏRHƏDLƏRİNİN BAĞLI QALMASINA BELƏ ÜSYAN ETDİ… “HEÇ BİR SƏBƏB YOXDUR…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün Dünya artıq “karantin”, “koronavirus”, “məhdudiyyətlər” kimi absurd yanaşmalardan imtina edib, dünyada quru sərhədləri rəsmən bağlı olan heç bir ölkə yoxdur, hətta Türkmənistan və Ş.Koreyada da sərhəd bağlı deyil, xüsusi icazə ilə sərhərddi keçmək mümkündür. Mart ayında ÜST öz axmaq və absurd “pandemiya” qərarını ləğv edəcəyi gözlənilir – bir tək Azərbaycan dirəşib ki, pandemiya var, karantin olmalıdır, quru sərhədləri də bağlı saxlamaq lazımdır!

Tribuna.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. O qeyd edib ki, ölkədə aktiv xəstə sayı da 100 nəfərdən bir az çoxdur, deməli quru sərhədləri “pandemiya” bəhanəsi ilə qapalı saxlamaq məntiqsizlikdir:

“Əgər AZAL pul azansın deyə sərhədlər bağlıdırsa,ın pul qazanmasıdırsa, bu heç inandırıcı deyil – zatən AZAL qazanır.

Əgər daxili turizm obyektlərinin pul qazanması marağıdırsa, bu da absurddur. Əksinə yollar açılmalıdır ki, turist rahat gəlsin. Bəs nədir səbəb?”.

N.Cəfərli bildirib ki, sərhədlərin təhlükəsizlik səbəbindən bağlı saxlanılması da inandırıcı deyil:

“Əgər təhlükəsizliklə bağlı çəkincələrdirsə, bunu da anlamıram – məgər Gürcüstan, Ermənistan bizdən güclü ölkələrdimi ki, quru sərhədlərini açıq tutublar və xarici təsirlərdən çəkinmirlər?! Axı bizim dövlət onlardan daha dayanıqlı və güclüdür – təhlükəsizliyi sərhədlərin qapalı olmasından asılı olacaq qədər zəif deyilik!”.