Əkrəm İmamoğluna qarşı daha bir ittiham

Əkrəm İmamoğluna qarşı daha bir ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında “dövlət məmurunu vəzifəsinə görə təhqir etmə” ittihamı ilə istintaq başladılıb.

 Tribuna.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

İddialara görə, İmamoğlu 6 aprel 2026-cı il tarixli məhkəmə iclasında, ictimaiyyətdə “mənfəət məqsədli cinayət təşkilatı” işi kimi tanınan dosyada çalışan məhkəmə nümayəndələrinə ünvanlanaraq belə deyib:

“Bu işdə tək cinayət təşkilatı var, o da ittiham tərəfidir”.

Bu ifadələr məhkəmə nümayəndələrinə yönəldiyi üçün “dövlət məmurunu vəzifəsinə görə təhqir etmə” çərçivəsində qiymətləndirildiyi və buna görə də istintaqın başladıldığı qeyd olunur.

Sənan Məmmədli