Əfqanıstanda qadınların universitetlərə getməsi qadağan etdikdən sonra qadınların işləməsi, ictimai təşkilatlarda, qeyri-hökumət təşkilatlarında iştirakı da yasaqlayıb. Qız uşaqlarına və qadınlara qarşı sərt qadağalar qoyulduğu bir zamanda Taliban adminstrasiyasının sözçüsü Suhail Şahenin qızlarının Qətərdə universitetdə təhsil aldığı məlum olub.
Tribuna.az xəbər verir ki, bunu S.Şahen özü bilmədən etiraf edib.
Belə ki, aparıcı Piers Morqan canlı bağlantı ilə Taliban sözçüsü Suhail Şahenə suallar ünvanlayıb. Canlı yayım zamanı aparıcı ona “Qızlarınızın Qətərdə oxuması doğrudurmu?” sualını verib.
Taliban sözçüsü Şahen isə “Bəli, əlbəttə” cavabını verib.
Yayımlanan görüntülərdən sonra Talibanın ölkədə qızların təhsilinə qadağa qoyması, lakin öz qızlarını yaxşı şəraitdə təhsil alması və onların təhsilini bəyənməsi faktı müzakirələrə səbəb olub.
Nigar
Tribuna.az









