“DÜŞMƏNLƏRİN SƏHVİ NƏTİCƏSİNDƏ İRAN SARSIDICI CAVAB VERƏCƏK” – HƏMİD VAHEDİ

“DÜŞMƏNLƏRİN SƏHVİ NƏTİCƏSİNDƏ İRAN SARSIDICI CAVAB VERƏCƏK” – HƏMİD VAHEDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı bildirib ki, düşmənlər ölkəyə qarşı səhvə yol verərsə, İran sarsıdıcı cavab verəcək.

Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, Bu sözləri Hərbi Hava Qüvvələrinin pilotları və uçuş heyəti arasında briqada generalı Həmid Vahedi deyib.

O, Ordu Milli Günü paradlarına toxunaraq deyib ki, “paradların mesajı sülh və dostluqdur. Əgər düşmənlər İrana qarşı hesablamalarında səhv edərlərsə, biz onlara bütün gücümüzlə sərt və sarsıdıcı cavab verəcəyik”.

İran hərbi ekspertləri və texnikləri son illərdə geniş çeşiddə yerli texnikanın istehsalında böyük irəliləyişlər əldə edərək, silahlı qüvvələri silah sahəsində özünü təmin edə biliblər.

İran hərbi qüdrətinin region ölkələri üçün heç bir təhlükə yaratmadığını iddia edərək, İslam Respublikasının müdafiə doktrinasının tamamilə çəkindirməyə əsaslandığını bildirib.