“Problemləri gizlədə bilməzsiz. Ukraynanın əks hücum əməliyyatı kifayət qədər ciddi olacaq”.
Tribuna.az xəbər verir ki, bu sözləri Rusiyanın “Vaqner” hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib.
Onun sözlərinə görə, Ukrayna təxminən bir həfətəyə əks-hücum əməliyyatlarına başlayacaq. Hətta bunun üçün 200-400 min nəfərədək şəxsi heyət toplayıb.
Priqojin qeyd edib ki, Rusiya KİV-i yerli əhalini sakitləşdirməyə çalışmaqla səhv edir:
“Problemləri gizlədə bilməzsiz. Düşmən ciddi və yaxşı hazırlaşır. Ukrayna bu gün gedib Rusiya sərhədlərinə çatsa, vəziyyət dəyişəcək. Biz buna imkan verə bilmərik”.
Qeyd edək ki, Ukrayna przeidenti Volodimir Zelenski daha əvvəl Ukrayna ordusunun əks-hücum əməliyyatına başladığını bildirib.









