2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu piylənmə və artıq çəkidən əziyyət çəkəcək.
Tribuna.az xəbər verir ki, Dünya Obezite Federasiyası bu haqda hesabat təqdim edib.
Hesabata görə, heç bir tədbir görülməsə, 4 milyarddan artıq insan piylənmədən təsirlənəcək.
Piylənmənin daha çox uşaqlar və gənclər arasında artacağı bildirilib.
Ən böyük artımın Afrika və Asiyanın aşağı və ya orta gəlirli ölkələrində olacağı gözlənilir. Bunun səbəbləri arasında daha çox oturaq davranış, qida təchizatı, onun marketinqinə nəzarət üçün daha zəif siyasətlər, çəki idarə etmə və sağlamlığa kömək üçün daha az resursları olan səhiyyə xidmətləri daxildir.
Nəticələr dünya üzrə piylənmə nisbətinin artmasının qlobal iqtisadiyyata əhəmiyyətli təsir göstərəcəyini və Qlobal Ümumi Daxili Məhsulun 3 faizinə bərabər olacağı proqnozlaşdırır. 2035-ci ilə qədər piylənmənin maliyyətinin ildə 4 trilyon dollardan çox olacağı təxmin edilir.









