Dünyanın ən yaxşı turistik küçələri açıqlanıb

Dünyanın ən yaxşı turistik küçələri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın müxtəlif şəhərlərində turistləri özünə cəlb edən küçələr var. Bəziləri məşhur görməli yerlərə, bəziləri ən yaxşı restoranlara, digərləri isə fərqli mağazalara və ya bayram atmosferinə görə seçilir.

 Tribuna.az-ın Unian-a istinadən məlumatına görə, turizm və əyləncə jurnalı Time Out 2025-ci ildə xüsusilə populyarlaşan və gələcəkdə də maraq doğuracağı gözlənilən dünyanın ən yaxşı turistik küçələrinin siyahısını açıqlayıb.

Ümumilikdə siyahıya müxtəlif ölkələrdən 31 küçə daxil edilib.

“Əgər yeni bir şəhəri araşdırarkən yerli həyatın ən orijinal formasını hiss etmək istəyirsinizsə, ən yaxşı yol küçələrə çıxmaqdır. Söhbət iri mağazalar və standart kafelərlə dolu əsas küçədən getmir. Biz yerli sakinlərin sevdiyi, müstəqil mağazalar və yaradıcı insanlarla dolu məhəllələrdən danışırıq”, — reytinq müəllifləri qeyd edib.

Qaliblər müəyyən edilərkən Time Out dünyanın müxtəlif ölkələrindəki yerli redaktorları və mütəxəssisləri cəlb edib. Onlar hər küçəni yemək, içki, mədəniyyət, əyləncə və ictimai mühit kimi meyarlar üzrə qiymətləndiriblər.

Birinci yer – Rio-de-Janeyroda
Siyahının lideri Braziliyanın ən məşhur şəhəri Rio-de-Janeyrodakı Rua do Senado küçəsi olub.

“Bir vaxtlar antikvar mağazaları və bohem ab-havası ilə tanınan Rua do Senado indi üslublu bir dirçəliş yaşayır. 1907-ci ildən fəaliyyət göstərən klassik Armazém Senado restoranı hələ də soyuq çəllək pivəsi təklif edir, şənbə günləri isə burada canlı samba dərsləri keçirilir. Tarixi binalar və ənənəvi barlarla yanaşı, ən yeni məkanlar bu küçəyə yeni enerji qatır”, — yerli müəllif Liviya Breves bildirib.

2025-ci ilin dünyanın 10 ən yaxşı küçəsi
Rua do Senado — Rio-de-Janeyro, Braziliya
Orange Street (Orenji-dori) — Osaka, Yaponiya
Rua do Bonjardim — Porto, Portuqaliya
Fan Gua Street — Çendu, Çin
Sherbrooke Street West — Monreal, Kanada
Montague Road — Brisben, Avstraliya
Maybachufer — Berlin, Almaniya
Olimpiou Street — Saloniki, Yunanıstan
Orchard Street — Nyu-York, ABŞ
Vinh Khanh Street — Ho Şi Min, Vyetnam