“Dünyanın ən yaşlı insanı” titulunu daşıyan 118 yaşlı fransız rahibə Lüsile Randon qocalar evində dünyasını dəyişib.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Randon 2021-ci ilin əvvəlində koronavirusa yoluxmuş və sağalmışdı. 118 yaşlı fransız rahibə ölkənin cənubunda yerləşən Tulon şəhərindəki qocalar evində dünyasını dəyişib.
O səhər saatlarında yatağında ölü tapılıb.









