Dünyanın ən varlı biznesmenləri siyahısına 155 rusiyalı daxil olub.
Tribuna.az xəbər verir ki, bu barədə Forbes jurnalının Rusiya versiyası yazır.
Məlumata görə, ən varlı rusiyalıların ümumi sərvəti 696,5 milyard dollara yüksəlib. Siyahıda birinci yeri rusiyalı biznesmen, Severstal şirkətinin qurucusu Aleksey Mordaşov tutur. Onun sərvəti son bir ildə artaraq 37 milyard dollara çatıb.
İkinci yerdə Norilsk Nickel şirkətinin prezidenti Vladimir Potanin qərarlaşıb. Onun sərvəti 29,7 milyard dollar qiymətləndirilir.
Üçüncü sırada isə neft şirkəti Lukoil-un qurucusu Vagit Alekperov yer alır. Onun kapitalı 29,5 milyard dollardır.
Bundan əvvəl qalmaqallı xristian biznesmen German Sterligov Rusiyada kəndli ənənəsi sayılan **Yuryev Günü**nün bərpa edilməsini təklif edib. Tarixdə bu gün kəndlilərin ildə bir dəfə bir mülkədardan digərinə keçə bildiyi dövr kimi tanınır.
İmran Kərimli









