“Dünya gözəli-2018” müsabiqəsinin qalibi seçildi – FOTO

“Dünya gözəli-2018” müsabiqəsinin qalibi seçildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin təmsilçisi Katriona Qrey beynəlxalq “Dünya gözəli-2018” müsabiqəsinin qalibi seçilib.

Milli.Az “report”-a istinadən bildirir ki, Qrey qalib tacını ötən ilin qalibi Demi-Li Nel-Pitersdən alıb. Müsabiqədə ikinci yeri Venesueladan olan Stefani Qutteres tutub.

Müsabiqə Banqkokda keçirilib.

Xatırladaq ki, ötən il Las-Veqasda keçirilən “Dünya gözəli-2017” yarışmasının qalibi Cənubi Afrika Respublikasını (CAR) təmsil edən model Demi-Li Nel-Piters olub.