DUMANA GÖRƏ 200 AVTOMOBİL TOQQUŞDU

DUMANA GÖRƏ 200 AVTOMOBİL TOQQUŞDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin mərkəzi hissəsində 200-dən çox avtomobilin toqquşması ilə böyük qəza hadisəsi baş verib.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, hadisəyə səbəb bu gün səhər saatlarından etibarən Çjençjou şəhərində müşahidə olunan qatı duman olub. Toqquşma nəticəsində abtomobildə sıxılaraq qalanlar arasında ölənlərin də olduğu bildirilib.

Qəza nəticəsində avtomobil yolunda böyük tıxac yaranıb. Yaxın vaxtlarda magistralda hərəkətin bərpa olunacağı gözlənilir. Hadisənin digər təfərrüatları barədə dəqiq məlumat verilmir, faktla bağlı araşdırma aparılır.