İran Dövlət Televiziyasının “Xəbər kanalı” dünən prezident Məsud Pezeşkianın iştirak etdiyi layihələrin açılış tədbirinin yayımını yarımçıq dayandırıb.
Tribuna.az xəbər verir ki, bu barədə “Azad İran” səhifəsi məlumat yayıb.
Məlumatda deyilir ki, proqram başladıqdan bir neçə dəqiqə sonra kanalın aparıcısı Pezeşkiana xitabən yayımı yekunlaşdırmalı olduğunu bildirib. Pezeşkian isə buna sərt reaksiya verərək deyib: “Xəbər kanalının əhəmiyyəti yoxdur, biz öz işimizi görürük. Xəbər kanalı lazımsız açıqlamalar vermək əvəzinə, insanların məlumatlandırılması üçün bu məlumatları yayımlamalıdır”.
Fərda Uğur









