DÖVLƏT BAĞÇA VƏ MƏKTƏBLƏRİNDƏ İSTİ SU NİYƏ YOXDUR? – PROBLEM

DÖVLƏT BAĞÇA VƏ MƏKTƏBLƏRİNDƏ İSTİ SU NİYƏ YOXDUR? – PROBLEM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət bağça və məktəblərində isti su problemi yaşanır. Təlim-tərbiyə və təhsil ocaqlarında uşaqlar qışın soyuğunda şaxtalı sudan istifadə etməli olurlar.

Tribuna.az xəbər verir ki, istilik sistemi normal işləsə də, məktəb və bağçalarda isti su gəlmir. Xüsusilə bağçalarda azyaşlıların baxımı zamanı sudan çox istifadə olunduğu məlumdur. Yeməkdən sonra uşaqların əlləri, bezləri dəyişdirilərkən bədənləri soyuq, saxtalı su ilə yuyulur. Bu da azyaşlıların tez-tez xəstələnməsi ilə nəticələnir.
Bəzən isə su soyuq olduğu üçün uşaqların əlləri, yanları yuyulmur, gün ərzində uşaqların təmizliyində nəm solfetlərdən istifadə edilir. Bu da günün çox hissəsi bağçada olan uşaqlar üçün heç gigiyenik hesab edilmir.
Məktəblərədə də eyni problem yaşanır. Tualetdən istifadə edən uşaqlar əllərini soyuq su ilə yumalı olur.

Nigar