DOKTORANT VƏ DİSSERTANTLAR PREZİDENTƏ MÜRACİƏT EDİB

DOKTORANT VƏ DİSSERTANTLAR PREZİDENTƏ MÜRACİƏT EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup doktorant və dissertant Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət ünvanlayıb.
Tribuna.az xəbər verir ki, müraciətdə deyilir:

Cənab prezident!
Ölkəmizdə son illər aparılan islahatlar hamı kimi bizi də sevindirir. Belə islahatlardan biri də doktorant və dissertantların imtahanlarının Dövlət İmtahan Mərkəzinə verilməsidir. Amma təəssüflə qeyd olunmalıdır ki, bu imtahanlar DİM-ə keçəndən sonra sevincimiz çox çəkmədi. Belə ki, imtahanlar ilbəil çətinləşdirilir və bununla yanaşı hər dəfə müxtəlif problemlər yaşanır. Bu da iddiaçıların haqlı narazılığına səbəb olur. Axı necə olur ki, imtahandan cəmi 20 faiz adam keçə bilir. Nəzərə alsaq ki, bu insanların əksəriyyəti kifayət qədər təcrübəli, öz işlərində uğur qazanan adamlar, ali məktəb müəllimləri, elmi-tədqiqat müəssisələrində müxtəlif vəzifələrdə çalışırlardır. Eyni zamanda, bu insanların əksəriyyətinin dissertasiya işi artıq hazırdır və onlar bu imtahana görə illərlə geri düşürlər. Məlumdur ki, dissertasiya işlərinin bəziləri illər ötdükcə öz aktuallığını itirir. Bu isə doktorant və dissertantlar arasında haqlı narazılığa səbəb olur. Digər tərəfdən hər dəfə DİM imtahanlarında müəyyən problemlər yaranır. Deyilən problemləri bir neçəsini qeyd edək:
1. Dinləmə materialları aydın eşidilə bilmir. Hələ də köhnə cihazlardan istifadə olunur ki, bu da haqlı narazılığa səbəb olur.
2. İmtahana verilən vaxt sualların çətinlik dərəcəsi ilə uyğun gəlmir. Belə ki, bu tip suallar üçün vaxt çox azdır. Qeyd edək ki, builki xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak edən 358 iddiaçıdan cəmi 77 nəfər imtahan üçün müəyyən edilmiş şərtləri ödəyib.
3. Verilən apelyasiya şikayətləri isə adətən heç bir nəticə vermir və demək olar ki, heç kəsə güzəşt olunmur.

Cənab Prezident!
Xahiş edirik ki, bizim xahişimiz nəzərə alınaraq bu imtahanın çətinlik səviyyəsi səbəbindən bu ilki keçid balı 25 bal müəyyən olunsun. Əminik ki, Sizin göstərişinizlə yüzlərlə elm işçisinin xahişi nəzərə alınacaq.