“Diri Baba” türbəsini 9 ayda 28 mindən çox turist ziyarət edib – AÇIQLAMA

“Diri Baba” türbəsini 9 ayda 28 mindən çox turist ziyarət edib – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ilin yanvar-sentyabr aylarında Qobustan şəhərindəki “Diri Baba” türbəsini 28 215 turist ziyarət edib”.

Tribuna.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin təşkil etdiyi mediaturda kompleksin direktoru Yusif Məmmədov bildirib.

Onun sözlərinə görə, ziyarətçilərin 12 175-i xarici turistlərdir, onlar bilet almaqla buranı ziyarət edib. Türbəyə baş çəkmək üçün ABŞ, Yaponiya, Rusiya, Avropa ölkələri, hətta Madaqaskardan gələnlər olub. Həmçinin 9 ayda 16 040 nəfər yerli turist ödənişsiz qaydada kompleksi ziyarət edib.

Y.Məmmədov deyib ki, hazırda “Diri Baba” türbəsində yenidənqurma işləri aparılır: “Türbənin yerləşdiyi yerdə arxeoloji qazıntılar aparılır, türbənin özündə və ətrafında konservasiya və restavrasiya işləri görüləcək. Yəgin ki, bir neçə ay çəkər. Bunu biz həm turist axınına, həm də həm də hava şəraitinə uyğun nizamlayırıq”.

Kompleksin direktoru türbə ilə üzbəüz yerləşən digər abidə haqqında da məlumat verib: “Diri Baba deyilən şeyxin orada dəfn olunması güman edilərək 2022-ci ildə ərazidə arxeoloji qazıntı işləri aparıldı. Müsəlman qaydasında dəfn olunan skelet tapıldı və Avstriyadan xüsusi qonaq – antropoloqlar dəvət olundu. Məlum oldu ki, həmin şəxs Diri Baba deyil, amma XVI əsrdə, 1510-1530-cu illərdə yaşamış şeyxlərdən biridir. Həmin məzar üzərində də bir türbə, yəni infrastruktur inşa ediləcək. Artıq bu işlərə başlanılıb”.