“Din xadimləri də vergi ödəməlidir” – Paşinyan

“Din xadimləri də vergi ödəməlidir” – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Din xadimləri Ermənistan vətəndaşlarıdır və qanun çərçivəsində fəaliyyət göstərməlidirlər, əgər bütün vətəndaşlar gəlir vergisi ödəməlidirsə, bunu din xadimləri də etməlidir”. 

Tribuna.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, ölkədə vergi məsələsində tam şəffaflıq olmalıdır.

“Niyə onlar vergi ödəməməlidirlər? Biz artıq səkkiz ildir ki, kilsənin ödədiyi vergilərin tam həcmdə kilsəyə qaytarılacağı sistemləri tətbiq etməyə hazır olduğumuzu bildiririk. Niyə kilsə üçün idxal olunan, ayin əhəmiyyəti olmayan mallar (məsələn, qəhvə) vergidən azad edilməlidir? Niyə vətəndaşlar şam satışından əldə edilən dövriyyənin həcmini və bu pulların hara getdiyini bilməməlidirlər?”, – o sual edib.

Paşinyanın sözlərinə görə, din xadimlərinin indiki vəziyyəti onların maliyyə baxımından və digər məsələrdə bir şəxsdən asılı olmalarıyla bağlıdır: “Niyə din xadimlərinin davranışında etik normalar olmamalıdır? Bütün ermənilərin katolikosu vəzifəsini tutan şəxsin uşaqlarının olması normaldırmı?”

Paşinyan Ermənistanın vətəndaşlarının bu suallra cavab verməli olduğunu deyib: “Kilsə xalqdır, xalqsız, ibadət edənlərsiz kilsə yoxdur. Din xadimləri kilsənin çox vacib hissəsidir, lakin kilsə ilk növbədə xalqdır. Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qaregin – red.) kilsə deyil”.