Türkiyədə 3 manata satılan dərman Azərbaycanda 39 manat 40 qəpiyə satışa çıxarılıb.
Tribuna.az yazır ki, bu barədə vətəndaş Ədalət Tahirzadə sosial şəbəkədə məlumat paylaşıb.
“Türkiyədən 3 manat 20 qəpiyə aldığım dərmanı bu gün bakıda “İstanbul” aptekində 39 manat 40 qəpiyə aldım” deyə, vətəndaş bildirib.
Prostat xəstəliyindən əziyyət çəkənlər üçün nəzərdə tutulmuş dərmanın 36 manat fərqlə satışa çıxaırlması isə maraq doğurur.
Sözügedən dərman Bakıda ancaq “Planet” və “İstanbul” apteklərində satılır.









