DEPUTAT VÜQAR İSKƏNDƏROV LAÇIN YOLUNDA BAŞ VERƏNLƏRDƏN DANIŞDI

DEPUTAT VÜQAR İSKƏNDƏROV LAÇIN YOLUNDA BAŞ VERƏNLƏRDƏN DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçüncü gündür ki, Azərbaycan İctimaiyyətinin nümayəndələri, eko aktivistlər, QHT-lər, gənclər təşkilatları, idmançıları Laçın-Şuşa yolunda dinc nümayiş keçirirlər. Nümayişin əsas məqsədi Azərbaycanın həmin ərazilərində erməni terrorçuları tərəfindən baş verən ekoloji terrorun qarşısının alınmasıdır.

Bu sözləri Tribuna.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib. O qeyd edib ki, Azərbaycanın sərvətlərinin mədənlərindən sümürülməsi, beynəlxalq bazarda satılması və həmin ərazilərdə terrorçuların rahat, sərbəst hərəkəti artıq Azərbaycan ictimaiyyətini hiddətləndirir və səbr kasasını daşırır:

“Orada üç gün ərzində başlanan bu nümayişlər, tələblər xalqdan gələn sosial sifarişdir. Oradan çəkilmiş kadrlardan görünür ki, Laçın keçidindən Xankəndinə gedən yolu etirazçılar deyil, rus sülhməramlıları bağlayıb. Onlar bizim sərbəst hərəkətimizin qarşısını almaq üçün yolu bağlayıblar. Yolu bağlayan yarıtmaz fəaliyyətləri ilə məşhur olan, Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlılarıdır. Oradakı insanların da tələbi Volkovun etirazçıların qarşısına çıxması, onların suallarını cavablandırılması, Azərbaycan dövlət orqanlarının nümayəndələrinin həmin ərazilərə buraxılması və orda monitorinq həyata keçirilməsidir. Həmin mədənləri istismar edən, onun sərvətlərini sümürən terrorçu cinayətkarlar tapılaraq Azərbaycan qanunları ilə məsuliyyətə cəlb olunmalıdır. Bizim tələbimiz budur. Bu tələblər mütləq şəkildə yerinə yetirilməlidir”.

Millət vəkili qeyd edib ki, məsələnin kökündən həllini tapması üçün konkret əməli addımlar atmalıdır:

“Rusiya sülhməramlıları bugün öz hüquq və vəzifələrini yerinə yetirmir, həddlərini aşırlar. Onlar silahsız, dinc insanların öz ərazilərində sərbəst hərəkətinə mane olurlar və təbii ki, bütün bunlarla bağlı onların komandanı Volkov əraziyə gəlməli və insanların haqqlı suallarını cavablandırmalıdır”.

Nigar

Tribuna.az