DEPUTAT MƏŞHUR MƏMMƏDOVDAN QARABAĞDAKI AKSİYAYA DƏSTƏK GƏLDİ: VOLKOVUN BORCUDUR Kİ…

DEPUTAT MƏŞHUR MƏMMƏDOVDAN QARABAĞDAKI AKSİYAYA DƏSTƏK GƏLDİ: VOLKOVUN BORCUDUR Kİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa – Xankəndi yolunda etiraz aksiyası keçirən vətəndaşların tələbləri haqlıdır, onları dəstəkləyirik. Azərbaycan torpaqlarında ermənilərin yaşaması heç də onlara hüquq vermir ki, bizim qızıl, mis molibden yataqlarımızdan istifadə etsinlər, talasınlar. Aidiyyatı orqanlara monitorinq üçün şərait yaradılmalıdır və rus hərbi kontingentinin da vəzifəsi mane olmaq yox, təhlükəsizliyi təmin etməkdir. Buna imkan verməmək artıq rus hərbi qüvvələrinin ermənilərlə eyni mövqedən çıxış etməsi deməkdir.

Bu sözləri Tribuna.az-a millət vəkili Məşhur Məmmədov ekofəalların 1 sutkadır Laçın yolunu bağlayıb aksiya keçirməsi haqda danışarkən bildirib. Deputat hesab edir ki, hər bir vətəndaş onları dəstəkləməlidir:

“Bu soyuq havada səhərə qədər çadırlarda, tonqal ətrafında yuxusuz qalıb etiraz etmək, Xankəndi yoluna bayraq sancmaq böyük fədakarlıqdır. Rusiya sülhməramlılarının komandanı Volkovun da borcudur ki, onlarla görüşüb tələblərini dinləsin və icra etsin. Hesab edirəm ki, təkcə ekofəallar, QHT rəhbərləri deyil, cəmiyyətin müxtəlif aktiv zümrəsi Qarabağda baş verənlərlə bağlı mövqeyini bildirməlidir”.

M.Məmmədovun sözlərinə görə, Laçın yoluna nəzarəti təmin etməliyik və prosesin başlanğıcı bu etirazlardan start götürüb : “Bu yol Ermənistanla Qarabağı birləşdirir. Biz büdcədən xərc çəkib yol saldıq, Laçın şəhərini azad etdik, vaxtından tez yolu istifadəyə verdik ki, məsələ uzanmasın. Amma bizim pulumuzıa tikilən yoldan ermənilərin mina daşımasına, hərbi texnika daşımasına imkan verə bilmərik. Əgər sülhməramlı kontingent bunu etmirsə, Ordumuz, sərhədçilərimiz nəzarət edə bilər. Eyni zamanda yeraltı sərvətlərə baxış keçirilməsi, onların qanunsuz istismarını araşdırmaq bizim hüququmuzdur”.

Nigar

Tribuna.az