DƏHLİZDƏ GÖMRÜK POSTU QURA DA BİLƏRİK, YOLU BAĞLAYA DA BİLƏRİK

DƏHLİZDƏ GÖMRÜK POSTU QURA DA BİLƏRİK, YOLU BAĞLAYA DA BİLƏRİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan öz suveren hüquqlarından istifadə edərək bu gün Laçın dəhlizində gömrük postu da qura bilər, dəhlizi bağlaya da bilər, həmin ərazidə erməni silahlılarına, separatçılara qarşı antiterror əməliyyatı keçirərək onların zərərsizləşdirilməsinə nail də ola bilər. Azərbaycan hələ gözləmə və problemi daha sivil yolla həll etmə mövqeyindədir.

Bu sözləri Tribuna.az-a açıqlamasında millət vəkili Vüqar İsgəndərli bildirib. O qeyd edib ki, Azərbaycan bölgədə yeni siyasi mənzərə formalaşdırıb. Həm Qafqaz bölgəsində, həm qitədə, həm də dünyada Azərbaycanın hər gün nüfuzu getdikcə artmaqdadır:

“Bu, ölkə prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. 10 Noyabr bəyanatı həm də Ermənistanın kapitulyasiya aktıdır və orada bir neçə bəndlər var ki, hələ də Ermənistan tərəfindən bu və ya digər formada ləngidilməkdədir. Bu bəndlərdən biri də Rusiya sülhməramlılarının müvəqqəti Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilməsi və eyni anda yerləşdirilməklə erməni silahlılarının oradan çıxarılmasını həyata keçirilmələri idi. 2 il keçməsinə baxmayaraq hələ də bu məsələ öz həllini tapmayıb. Düşünürəm ki, burada buna məsul olan tərəf Rusiya sülhməramlılarıdır. Bölgədə Rusiya sülhməramlıları üzərlərinə düşən missiyanı yerinə yetirməkdən başqa, digər bütün işlərlə məşğul olurlar.
Bu gün ən vacib məsələ Laşın dəhlizində Azərbaycanın nəzarət edəcəyi gömrük postunun qurulmasıdır. Bu çox vacib məsələdir, çünki bu dəhliz vasitəsilə Xankəndinə və ətraf ərazilərə arzuolunmaz şəxslərin, cinayətkarların, silahlı təxribatçıların rahat gedib gəldiyinin, silahlar daşındığının şahidi oluruq.
Cənab prezident də dəfələrlə bildirib ki, bu yolverilməzdir, qarşısı mütləq alınmalıdır. Bu gün Azərvaycanın tam hüququ var ki, orada gömrük postu qursun, buna nəzarət etsin, oradan separatçıların təmizlənməsi üçün antiterror əməliyyatı keçirsin. Bütün hüquqlar Azərbaycanın əlindədir. Hələlik bu missiyanı orada müvəqqəti yerləşən rusiya sülhməramlıları həyata keçirir”.

Nigar