Daşqınlar 6 nəfərin ölümünə səbəb oldu – Rusiyada

Daşqınlar 6 nəfərin ölümünə səbəb oldu – Rusiyada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 3 gündə Dağıstanda daşqınlar nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Rusiya KİV-nə istinadən xəbər verir ki, xilasedicilər bölgənin Dərbənd rayonunun Mamedqala kəndində bir qadının cəsədini aşkar ediblər. Bununla da respublikada daşqınlar nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu kənd həftəsonu güclü yağışlar nəticəsində baş verən bəndin dağılması nəticəsində ən çox zərər çəkən kəndlərdən biri olub. Orada ən azı iki nəfər – 12 yaşlı qız və hamilə qadın ölüb.