Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri qadağan edəcək

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri qadağan edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç ölkədə 16 yaşından kiçik şəxslər üçün sosial şəbəkələrin qadağan edilməsi barədə qanun layihəsi hazırlayır.

 Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Norveçin Baş naziri Yonas Qar Störe açıqlayıb.

Məlumata görə, qanun layihəsi bu il təqdim ediləcək.

Xatırladaq ki, Avstraliya 2025-ci ilin dekabrında dünyada ilk dəfə olaraq 16 yaşdan uşaqlar üçün sosial şəbəkələri qadağan etdi. Ən son olaraq aprelin 23-də Türkiyə parlamenti 15 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələri qadağan edən qanun layihəsini qəbul edib.