Adanada dağılan və 418 nəfərin ölümünə səbəb olan 11 bina ilə bağlı aparılan istintaqda nəzarətə alınan podratçı və mühəndislərdən 5-i həbs edilib.
Tribuna.az türk mediasına istinadla bildirir ki, Adana Baş Prokurorluğu tərəfindən təyin olunan 3 prokuror dağılmış binaların dağıntılarından nümunələr götürüb.
Aparılan araşdırmalarda sözügedən tikililərdə dəniz qumu ilə yanaşı, keyfiyyətsiz materiallardan istifadə edildiyi müəyyən olunub.
Aralarında tikinti podratçıları, inşaat mühəndisləri, texniki məsul və kooperativ rəhbərləri də daxil olmaqla 11 nəfər polis bölməsindəki sorğuları tamamlandıqdan sonra ədliyyəyə sövq edilib. 5 nəfər həbs edilib.









