DAĞILAN BİNALARI YOXLAMAĞA GƏLƏN MÜHƏNDİSLƏR ÖLÜMLƏ HƏDƏLƏNDİ

DAĞILAN BİNALARI YOXLAMAĞA GƏLƏN MÜHƏNDİSLƏR ÖLÜMLƏ HƏDƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Osmaniyenin Kadirli rayonunda baş verən zəlzələdən sonra binalarda zərər qiymətləndirmə işləri aparmaq üçün İzmirdən gələn mühəndislər ölüm təhdidləri aldıqlarını deyərək rayondan ayrılıblar.

Tribuna.az “GazeteDuvar”a istinadən xəbər verir ki, MHP-nin rayon bələdiyyəsinin divarları çatlamış və yıxılan binalara “zədəsiz” hesabat verdiyi bildirilən rayon sakinləri xüsusi zədə yoxlama və qiymətləndirmə şirkətləri ilə müqavilələr bağlamağa başlayıblar.

Zərərin qiymətləndirilməsi üçün rayona gələn mühəndislər məxfi nömrələrdən çağırılaraq binalarda işləməməklə hədələnib. Rayonu tərk edən mühəndislərdən biri hədələrlə bağlı cinayət işi qaldırıb.