COVİD-19-UN BU NÖVÜ SÜRƏTLƏ YAYILIR… 2 AYA 29 ÖLKƏ YOLUXUB…

COVİD-19-UN BU NÖVÜ SÜRƏTLƏ YAYILIR… 2 AYA 29 ÖLKƏ YOLUXUB…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın 29 ölkəsində koronavirusun yeni XBB.1.5 alt növü aşkar edilib və yayılmaqdadır.

Tribuna.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus keçirdiyi brifinqdə bildirib. O bildirib ki, 2023-cü ildə COVID-19 pandemiyasına son qoymağın mümkün ola bilər. Ancaq hazırki vəziyyətin elə də ürəkaçan olmadığını deyib:

“Hazırki epidemioloji vəziyyət həyəcan doğurur. Xüsusilə Şimal qütb regionlarında virusun sürətlə ötürülməsi müşahidə olunur. Bu gün “BA.2 “omikron”un ştamlarının rekombinantı” olan koronavirusun yeni XBB.1.5 alt növü sürətlə yayılır.
Omikron XBB.1.5 ilk dəfə olaraq 2022-ci ilin noyabr ayında aşkar edilib. Hazırda o dünyanın 29 ölkəsində dövr edir və bəzi regionlarda onun yayılması sürətlə artır.
Ümid edirəm ki, müvafiq səylərin olduğu təqdirdə bu il ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətin rəsmən başa çatması ili olacaq”.

Tribuna.az