“CNN” PENSDƏN HANSI MƏXFİ SƏNƏDLƏRİN TAPILDIĞINI AÇIQLANDI

“CNN” PENSDƏN HANSI MƏXFİ SƏNƏDLƏRİN TAPILDIĞINI AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş vitse-prezident Mayk Pensin vəkili keçən həftə Pensin İndianadakı evində məxfi kimi qeyd olunan onlarla sənəd aşkar edib və o, bu məxfi qeydləri FTB-yə təhvil verib.
FTB və Ədliyyə Departamentinin Milli Təhlükəsizlik Şöbəsi sənədləri və onların Pensin İndianadakı evinə necə girdiyini araşdırmağa başlayıb.

“CNN” Pensin üzərində tapılan məxfi sənədlərdə xarici səfərlərlə bağlı məlumatların qeyd olunduğunu açıqlayıb.

Tribuna.az “CNN”ə istinadən xəbər verir ki, ABŞ -ın keçmiş vitse-prezidenti Mayk Pensin evində tapılan gizli sənədlər qismən onun xarici səfərlərinə aid olub.
Telekanalın məlumatına görə, söhbət Ağ Evin keçmiş nümayəndəsinin başqa ölkələrə səfərləri zamanı görüşdüyü bəzi siyasətçilər haqqında arayış məlumatları olan sənədlərdən gedir.

“Bu məxfi sənədlərdən bəziləri, ehtimal ki, Pensin vitse-prezident olduğu zaman onu xaricdə görüşlərə hazırlamaq üçün istifadə edilib və köhnə səyahət qovluqlarında gizləndiyi üçün qablaşdırma prosesində diqqətdən kənarda qalıb”, – telekanal qeyd edir.

CNN-in məlumatına görə, hazırda müvafiq şöbələr onların məxfilik səviyyəsini müəyyən etmək üçün aşkar edilmiş materialları öyrənirlər. Eyni zamanda, kanalın mənbələri sənədlər arasında “aşağı səviyyə”dən də ciddi bir şeyin olacağını istisna etmir.

Bundan əvvəl KİV-lər ABŞ-ın keçmiş vitse-prezidenti Pensin evində ona yaxın məxfi sənədin tapıldığı barədə məlumat vermişdilər.

Tribuna.az