“Çirkin kişiləri bəyənirəm”- Burcu Özberk

“Çirkin kişiləri bəyənirəm”- Burcu Özberk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa Burcu Özberk qatıldığı televiziya proqramında şəxsi həyatı və münasibətlərə baxışı ilə bağlı maraq doğuran açıqlamalar verib. O, qarşı cinsdə klassik yaraşıq anlayışına önəm vermədiyini deyərək daha çox fərqli cazibəyə üstünlük verdiyini bildirib.

Tribuna.az xəbər verir ki, Burcunun sözlərinə görə onu cəlb edən əsas məqam zahiri gözəllik yox, xarizma və enerjidir. Aktrisa deyib ki, yaraşıqlı sayılmayan kişilərdə də özünəməxsus cazibə olur və bu hal ona daha maraqlı gəlir. O, “Mən çirkin kişiləri sevirəm. Çirkin kişi karizması deyilən anlayış var” fikri ilə diqqət çəkib.

Proqram zamanı “Səni tanımayan insanların səninlə bağlı ən böyük yanılgısı nədir” sualına da cavab verən aktrisa ilk təəssüratın çox vaxt yanlış olduğunu deyib. Özberk qeyd edib ki, onu tanımayanlar əvvəlcə soyuq və məsafəli biri kimi qəbul edə bilər. Daha sonra ünsiyyət qurulduqda isə bu fikrin dəyişdiyini, insanların “sən əslində çox şirinsən” dediyini söyləyib.

Münasibətlər mövzusunda da səmimi danışan Burcu Özberk qarşılıqlı diqqətin onun üçün əsas şərt olduğunu vurğulayıb. Aktrisa bildirib ki, sevməyi və sevdiyi insanla maraqlanmağı xoşlayır, lakin eyni münasibəti görmədikdə tez soyuyur və həmin hissi yenidən qaytara bilmir.

Aktrisa hazırda şəxsi həyatı ilə bağlı da açıqlama verib. Onun sözlərinə görə, bu mərhələdə həyatında heç kim yoxdur, amma sevgiyə və yeni ünsiyyətə açıqdır. Özberk “Qəlbim boşdur, amma sevməyə və sevilməyə, o bağlılığa hazıram” deyə bildirib.

Estetik mövzusuna da toxunan aktrisa indiyədək hər hansı estetik prosedur etdirmədiyini deyib. O, estetikaya tam qarşı olmadığını, lakin bu məsələdə tələsməyin doğru saymadığını qeyd edib. Özberkin sözlərinə görə aktyorluq peşəsində hər addımı düşünərək atmaq lazımdır və bəlkə də gələcəkdə müəyyən yaşdan sonra botoks kimi müdaxilələr mümkündür, amma hazırda buna ehtiyac görmür.


Demokrat.az