ÇİNİN MÜDAFİƏ NAZİRİ RUSİYAYA SƏFƏR EDƏCƏK

ÇİNİN MÜDAFİƏ NAZİRİ RUSİYAYA SƏFƏR EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Li Şanqfu Rusiya ilə əməkdaşlığa görə ABŞ sanksiyaları altındadır.

Tribuna.az TASS-a istinadən xəbər verir ki, Çinin müdafiə naziri Li Şanqfu aprelin 16-19-da Rusiyaya rəsmi səfər edəcək.

“Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Çinin müdafiə naziri Li Şanfu aprelin 16-19-da Rusiyaya rəsmi səfər edəcək”, – deyə Tan Kefei Çin Müdafiə Nazirliyinin rəsmi WeChat hesabından sitat gətirib.

Qeyd olunur ki, Li Şanfu Rusiya Federasiyasına səfəri zamanı Rusiya ordusunun rəhbərliyi ilə danışıqlar aparacaq, həmçinin Rusiya hərbi təhsil müəssisələrinə baş çəkəcək.

Tan Kefeinin sözlərinə görə, son illərdə iki ölkə liderlərinin rəhbərliyi altında Çin və Rusiya ikitərəfli ordulararası əlaqələri yüksək səviyyədə saxlayıblar.
“Çin və Rusiya Federasiyası strateji dialoqu davam etdirir və birgə təlimlər keçirir”, – o xatırladıb.