Çində günlərdir davam edən etirazlarda ilk dəfə olaraq etirazçılar Prezident Si Cinpinin istefasını tələb ediblər.
Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, Çindəki etirazlar artıq paytaxt Pekindən keçərək başqa şəhərlərə də yayılıb.
Etirazların əsas səbəbləri sırasında sərt karantin qaydaları gəlir. Xalq rahat yaşaya bilmədiyini deyərək küçələrə axışıb.
Etirazçıların əsas istəyi Prezident Si Cinpin və onun hakim olduğu partiyanın istefa verməsidir.












