ÇİN RUSİYAYA DƏSTƏK ÇIXDI… BÖYÜK BRİTANİYA İSƏ DƏHLİZİ DƏRHAL AÇMAĞI TƏLƏB EDİR

ÇİN RUSİYAYA DƏSTƏK ÇIXDI… BÖYÜK BRİTANİYA İSƏ DƏHLİZİ DƏRHAL AÇMAĞI TƏLƏB EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT də Laçın dəhlizi ilə bağlı müzakirələr gedir. Fransa “Azərbaycanın Laçın dəhlizini bağlamasını” pisləyir və humanitar fəlakət yaratmamağa çağırıb. BƏƏ tərəfləri sülh yolu ilə razılığa gəlməyə çağırıb. Albaniya razılığın sülh yolu ilə əldə edilməsinə çağırıb. Çin isə mülki şəxslərin hüququna hörmət etməyə və humanitar problemlər yaratmamağa çağırıb.

Tribuna.az xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov bildirib. Qeyd edib ki, Çin Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlı missiyasını dəstəkləyib:

“ÇXR-in BMT-nin iclasındakı nümayəndəsi qeyd edib ki, “Rusiya sülhməramlıları öz tapşırıqlarını mükəmməl şəkildə yerinə yetiriblər”.
ABŞ Ermənistan və Qarabağ arasında nəqliyyat əlaqələrinin bağlanmasını qəbuledilməz adlandırıb və Laçın dəhlizi ilə humanitar yüklərin daşınması da daxil olmaqla, daşımaların dərhal bərpasına çağırıb.
Böyük Britaniya Azərbaycandan Laçın dəhlizini dərhal “açmağı” tələb edib. Rusiya Laçın dəhlizi ilə hərəkətin mümkün qədər tez bərpa olunmasının vacibliyini bəyan edib”.

Nigar

Tribuna.az