ÇİN ABŞ-A XƏBƏRDARLIQ ETDİ – “TAYVANA SİLAH SATIŞINI DAYANDIRIN”

ÇİN ABŞ-A XƏBƏRDARLIQ ETDİ – “TAYVANA SİLAH SATIŞINI DAYANDIRIN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin ABŞ-ı Tayvana silah satmaqdan və Tayvan boğazında təhlükəsizliyə xələl gətirən faktorlarla bağlı xəbərdarlıq ediB.
Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bu gün keçirdiyi brifinqdə deyib.

“ABŞ-da bəzi qüvvələr Çini cilovlamaq üçün Tayvandan istifadə etməyə çalışır. Bunlar odla oynamağa bərabər olan çox təhlükəli fəaliyyətlərdir. Çin ABŞ-ı “Bir Çin” prinsipinə və üç birgə kommünikeyə hörmət etməyə, hərbi əlaqələrə və silahlara son qoymağa çağırır. Tayvan boğazında ziddiyyətlərə səbəb ola biləcək amilləri tətbiq etməyi dayandırın”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin 2-3 avqust 2022-ci il tarixlərində Tayvana səfərindən sonra Tayvan boğazında gərginlik artıb. ABŞ qanunvericiləri və qubernatorlarından ibarət bir neçə nümayəndə heyəti də Tayvana səfər edib. Çin belə səfərləri onun daxili işlərinə müdaxilə və Tayvan separatçılarına dəstək təşkil edən təxribat kimi qiymətləndirir.

Tayvan 1949-cu ildən bəri yerli administrasiyası tərəfindən idarə olunur, lakin Pekin adaya öz əyalətlərindən biri kimi baxır. Vaşinqton Tayvanın əsas silah və hərbi texnika tədarükçüsü olaraq qalır.