Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşdi

Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin son cavab qarşılaşmaları keçirilib.

Tribuna.az bildirir ki, İtaliyanın “İnter” klubu öz meydanında Portuqaliyanın “Benfika” klubunu qəbul edib. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları Nikolo Barella (14-cü dəqiqə), Lautaro Martines (66) və Xoakin Korrea (78) vurublar. Qonaqların heyətində isə Fredrik Eursens (38), Antoniu Silva (86) və Peter Musa (90+5) fərqləniblər.

İlk oyunda “İnter” 2:0 hesablı qələbə qazanmışdı.

Beləliklə, “İnter” yarımfinala yüksəlib.

Almaniyanın “Bavariya” klubu öz meydanında İngiltərənin “Mançester Siti” klubunu qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda qolları 57-ci dəqiqədə qonaqların hücumçusu Erlinq Holand, meydan sahiblərinin heyətində isə 83-cü dəqiqədə Coşua Kimmix vurublar.

İlk oyunda “Mançester Siti” 3:0 hesablı qələbə qazanmışdı.

Beləliklə, “Mançester Siti” də UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlib.

Yarımfinalda “Mançester Siti” Madrid “Real”ı, “İnter” isə “Milan”la üz-üzə gələcək.