“Çelsi”nin məğlubiyyətsizlik seriyasına son qoyuldu

“Çelsi”nin məğlubiyyətsizlik seriyasına son qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, turun mərkəzi qarşılaşması “Uembli” stadionunda oynanılıb. Turnir cədvəlində üçüncü yerdə qərarlaşan “Çelsi” dördüncü yerdə olan “Tottenhem” klubunun qonağı olub.

Görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda hesabı erkən qolla 8-ci dəqiqədə “Tottenhem” klubu açıb. Belə ki, Kristian Eriksennin cərimə meydançasına verdiyi hava ötürməsini Delli Alli dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0.

Vurulan qoldan səkkiz dəqiqə sonra meydan sahibləri yenidən fərqlənib. Komandanın kapitanı Hari Keyn uzaq məsafədən vurduğu zərbə ilə qapıçıya şans verməyib – 2:0. Fasiləyə qədər hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Qarşılaşmanın ikinci hissəsində Maurisio Paçetinonun yetirmələri hesab arasındakı fərqi üç topa çatdırıblar. Meydan sahiblərinin daha bir qolunu Son-Heungmin vurub – 3:0.

Matçın 85-ci dəqiqəsində “Çelsi” qollardan birinin əvəzin çıxıb. Olivye Jiru adını tabloya yazdırıb – 3:1.

Qalan dəqiqələrdə hesab dəyişilməyib. Bu qələbədən sonra “Tottenhem” klubu xalların sayını 30-a çatdıraraq üçüncü pilləyə yüksəlib. “Çelsi” isə aktivində 28 xalla dördüncü yerdə qərarlaşıb. Bu, “Çelsi”nin cari mövsümdə İngiltərə çempionatında ilk məğlubiyyətidir.