CƏBHƏDƏKİ UKRAYNALI ƏSGƏRDƏN TÜRKİYƏYƏ DƏSTƏK – VİDEO

CƏBHƏDƏKİ UKRAYNALI ƏSGƏRDƏN TÜRKİYƏYƏ DƏSTƏK – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ilə Rusiya arasında şiddətli qarşıdurmaların davam etdiyi Baxmutda olan ukraynalı Roman adlı əsgər yayımladığı video mesajında ​​Türkiyəyə başsağlığı verib və “Mümkün qədər çox insanı xilas edin və möhkəm qalın” deyib.

Tribuna.az CNN-ə istinadən xəbər verir ki, Türkiyədə baş verən zəlzələlərdən xəbər tutduğunu bildirən Roman, bir neçə dəfə Alanya və Marmarisdə olduğunu ifadə edərək, “Ölkənizi, xalqınızı sevirəm. Baş verənlərə görə çox üzgünəm. Bu faciə dəhşətlidir. Biz ukraynalılar bilirik ki, günahsız insanların ölməsi nə qədər dəhşətlidir. Ona görə də bunu demək istəyirik. Güclü qalın. Allah sizi qorusun. Mümkün qədər çox insanı xilas edin və güclü qalın” dedi.

Roman videomüraciətini çəkərkən cəbhə xəttində toqquşmaların davam etdiyi eşidilib.