Byazi göndəriləcək? – AFFA nə düşünür…

Byazi göndəriləcək? – AFFA nə düşünür…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Gündəlikdəki əsas məsələ milli komandanın baş məşqçisi Canni De Byazi ilə bağlıdır. 2024-cü ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsində ilk iki oyunu böyük hesabla uduzan millinin nəticələri və s. ilə bağlı italiyalı mütəxəssisdən hesabat istənəcək.

Yayılan məlumatlara görə Byazi ilə yollar ayrılacaq, hətta milli komandanın yerli mütəxəssisə həvalə olunacağı bildirilir – adlar çəkilir.

“FutbolPress”in əldə etdiyi məlumata görə AFFA İK-nın iclasında millinin “sükanında” dəyişiklik gözlənmir. AFFA rəhbərliyinin bunun əleyhinə olduğu, əcnəbi çalışdırıcının müqavilə müddətinin sonunadək davam etməsini istədiyi haqda xəbərlər var.

Məlumatlı mənbələrdən eyni zamanda İK-da bəzi şəxslərin israrla Byazinin göndərilməsi və yerli mütəxəssisin iş başına gətirilməsi tərəfdarı olduğu haqda bilgilər gəlir, lakin bu versiyanı dəstəkləyənlərin say etibarı ilə azlıq təşkil etməsi dəyişiklik ehtimalını azaldır.