Buxarest sazişi Azərbaycanın Avropa enerji bazarlarında önəmini artıracaq. Azərbaycanın indiki məqamda yaşıl enerjiyə yönəlməsinin və bu sahədə dünyanın aparıcı ölkələrindən olmaq istəməsinin səbəbi var. Azərbaycanın neft-qaz ehtiyatları mövcuddur, lakin karbohidrogen ehtiyatlarının sonsuz olmadığı və müəyyən dövrdən sonra tükənəcəyi reallığı alternativ enerji mənbələrinə təlabatın artmasına gətirib çıxarır. Hazırda bütün dünyada məhz bu tendensiya müşahidə olunur. Azərbaycanda hazırda bu tendesiya ilə ayaqlaşır.
Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Rzayev deyib. O bildirib ki, bu gün ölkəmizin sözügedən sahənin inkişafı üçün hər cür şəraiti və imkanları var:
“Azərbaycanın yaşıl enerji sahəsində belə bir saziş imzalaması beynəlxalq enerji bazarında çəkisini artırır. İmzalanan Buxarest sazişi Azərbaycanı, xarici investisiya qoyuluşu üçün cəlbedici ölkəyə çevririr. Çünki rəsmi Bakının yaşıl enerji əldə etmək üçün nəzərdə tutduğu resursların böyük hissəsi işğaldan azad edilən ərazilərin payına düşür.
Azərbaycan hələlik Böyük Britaniyanın bp, Səudiyyə Ərəbistanının “ACWA Power”, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 230 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilməsi nəzərdə tutulub.
Bir neçə gün öncə isə Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə çərçivə sazişi imzaladı.
Azərbaycan bununla həm də işğaldan azad edilən ərazilərin bərpası istiqamətində işlərin sürətlənməsi üçün xarici investisiya da cəlb edə biləcək. Bütün hallarda Qərb Azərbaycanın enerji resurslarının Avropanı doydurmasını istəyirsə, o zaman investisiya kanallarının ağzını açmalıdır”.
Nigar
Tribuna.az










