Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat hazırda İran mediasında geniş şəkildə tirajlanır. Ənənəvi olaraq bu hadisə də Azərbaycanın guya dinə qarşı tədbirlər görməsi kontekstində təqdim edilir, etməyə çalışır. İran mediasının məsələni bu qədər geniş şəkildə tirajlaması və yer verməsi rəsmi Tehranın son əməliyyatlardan ciddi şəkildə narahat olduğunu göstərir.
Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Rzayev deyib. O qeyd edib ki, İranın bu narahatlığı əbəs deyil .
Onun sözlərinə görə, İran şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyatlar Tehranın əl-qolunu bağlayır:
“Agentura şəbəkəsinin üzvlərinin bir-bir ifşa edilməsi molla rejiminin ideoloji təsirində olan bir çox insanın Tehrana qarşı məsafəli olması ilə nəticələnə bilər.
İran səfirliyin əməkdaşlarının agentura şəbəkəsini koordinasiya etməsi faktı artıq bəllidir və rəsmi Bakı bunu əsas gətirib bütövlükdə İranın diplomatik korpusunu ölkədən çıxara bilər. Bu isə İran agentura şəbəkəsi ilə koordinasiyanın kəsilməsi deməkdir.
Rəsmi Bakı İran səfirliyinin 4 əməkdaşı Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona-non-grata” elan etdi. Bu həm də digər səfirlik əməkdaşlarını, habelə səfirliyin xidməti maşınlarının yoxlanmasını leqallaşdırır”.










