ABŞ Prezidenti Donald Tramp İranla əldə edilmiş qısamüddətli atəşkəsi dəstəkləmədiyini və bunu vaxt itkisi hesab etdiyini bildirib.
Tribuna.az xəbər verir ki, bu barədə Israel National News (Arutz Sheva) nəşri məlumat yayıb.
“Biz İranla qısa atəşkəs bağladıq, amma mən bunu heç vaxt bəyənmədim. Mən bunu vaxt itkisi hesab edirdim”, – Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, atəşkəs olmasaydı, İranın San Dieqo və Los-Anceles kimi Amerika şəhərlərinə hücum etmək ehtimalı var idi. O, müharibəni ABŞ-ın başlamadığını, İranın başlatdığını iddia edib.
Tramp İranın hərbi sənaye imkanlarından da danışıb. O, iranlıları ağıllı insanlar adlandırsa da, ABŞ-ın münaqişədə üstünlük qazandığını bildirib.
Amerika lideri, həmçinin İranın Avropaya çata bilən raketə malik olduğunu iddia edib və Tehranın bu istiqamətdə silah hazırlamasını tənqid edib.
Qeyd edək ki, İranın raketlərinin mənzili ilə bağlı iddialar müstəqil mənbələrin məlumatları ilə ayrıca yoxlanılmalıdır.
Tribuna.az









