Problemli uşaqlar üçün psixoloji xidmətlər pulsuz olmalıdır.
Tribuna.az yazır ki, belə bir təkliflə “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova çıxış edib. O bildirib ki, bu istiqamətdə yaranmış problemlərin əsas səbəbi psixoloji xidmətlərin ödənişli olmasıdır:
“Problemlərdən biri də psixoloq xidmətinin ödənişli olmasının geniş vüsət almasıdır. Problemi olan uşaqlar üçün pulsuz psixoloji xidmətlərin və xidmət göstərən təşkilatların siyahısının əhali arasında yayılmasına böyük ehtiyac var. Belə bir siyahı hazırlanmalıdır. Bu siyahı həmçinin yayılmalıdır ki, hamı üçün əlçatan olsun!”.









