Bu şəxslərə pulsuz elektron siqaretlər paylanacaq

Bu şəxslərə pulsuz elektron siqaretlər paylanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada bir milyon insana siqareti tərgitməyə təşviq etmək üçün pulsuz elektron siqaretlər paylanacaq.
Tribuna.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, tütün məmulatlarını tərgitmək istəyənlərə pulsuz elektron siqaretlər veriləcək.

Həmçinin siqareti dayandırmaq şərti ilə hamilə qadınlara 400 funt sterlinq pul veriləcək.

Plan bu gün ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, hökumət 2030-cu ilə qədər İngiltərədə siqaret çəkən əhalinin sayının 5 faizə endirməyi hədəfləyir.