G7 ölkələri Rusiya Federasiyası ilə ABŞ arasında strateji sabitlik sahəsində dialoqun davam etdirilməsinin tərəfdarıdır.
Tribuna.az-ın xəbərinə görə, bu barədə G7 direktorlar qrupunun nüvə silahının yayılmaması ilə bağlı yaydığı bəyanatda bildirilib.
Görüş Yaponiyanın Karuizava şəhərində G7 xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.
“Böyük yeddilik nüvə və strateji risklərin səviyyəsini azaltmaq üçün Rusiya və ABŞ arasında dialoqun davam etdirilməsinə yönəlmiş xoş niyyətli səyləri dəstəkləyir, lakin danışıqlar üçün vicdanla hərəkət edən tərəfdaş lazımdır”.
Eyni zamanda, G7 ölkələri “Rusiya Federasiyasının Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarını” pisləyib. G7-nin nüvə silahlarının yayılmaması üzrə direktorlarının fikrincə, bu addım guya “məsuliyyətsiz nüvə ritorikasının nümayişi” olacaq.
Bu kontekstdə onlar Rusiya Federasiyasını “Strateji Hücum Silahlarının Azaldılması haqqında Müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə” qayıtmağa çağırıblar.









