Özbəkistanda 2026-cı ildən bir sıra məhsul və xidmətlərin nağd ödənilməsinə məhdudiyyətlər tətbiq olunacaq.
Tribuna.az xəbər verir ki, prezident Şavkat Mirziyoyevin müvafiq fərmanı ölkənin Qanunvericilik Məlumat Bazasında dərc olunub.
Sənədə əsasən, 1 aprel 2026-cı ildən spirtli içki və tütün məmulatlarının, avtomobillərin, daşınmaz əmlakın, həmçinin 25 milyon sumdan baha olan bütün malların nağd şəkildə alınması qadağan edilir. Bu kateqoriyalara aid ödənişlər yalnız bank kartı, elektron ödənişlər və ya QR-kod vasitəsilə həyata keçirilə bilər.
Bundan başqa, dövlət qurumlarının göstərdiyi xidmətlərə, elektrik, qaz və su kimi kommunal xidmətlərə, eləcə də yanacaq alışına nağd ödəniş də qadağan olunacaq. Siyahının mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır.
Hökumət bu addımı maliyyə axınlarına nəzarəti gücləndirmək və kölgə iqtisadiyyatını azaltmaq məqsədilə atdığını bildirir.
İmran Kərimli









