Cənubi Koreyada 9-24 yaş arası gənclərin sosiallaşmasını təşviq etmək üçün ayda 500 dollar mükafat veriləcək.
Tribuna.az Gazete Duvar-a istinadən xəbər verir ki, Cənubi Koreya hökuməti, Covid-19 epidemiyasından sonra evlərində qapanan 9-24 yaşlı gəncləri evlərini tərk etməyə təşviq edəcək yeni bir qərar qəbul edib.
Gender Bərabərliyi və Ailə Nazirliyinin açıqladığı yeni planla, asosial olaraq təyin olunan 9-24 yaş arası gənclərin evdən çıxıb ictimailəşməsinə zəmin yaratmaq hədəflənir.
Eyni zamanda, hökumət bildirib ki, yeni tədbirlər “əcnəbi gənclərin gündəlik həyatlarını bərpa etməyə və cəmiyyətə yenidən inteqrasiyasına kömək etmək üçün” hazırlanıb.
Bundan əlavə, gənclərə sağlamlıq, iş və təhsil kimi imkanlar yaradılacaq. Koreya Sağlamlıq və Sosial Münasibətlər İnstitutunun məlumatlarına görə, 19-39 yaş arası Cənubi Koreyalı gənclərin təxminən 3 faizinə bərabər olan 350 min insan “tənha” olaraq təyin olunub.









