Bu həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı

Bu həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
TİA.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavə 2022-ci il noyabrın 1-dək veriləcək.
Əvvəl bu müddət 2022-ci il sentyabrın 1-dək müəyyən edilmişdi.